Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının Bakıda keçirilməsinə dair saziş təsdiqlənib

Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının Bakıda keçirilməsinə dair saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının 2026-cı ildə Bakı şəhərində keçirilməsi üçün Ev Sahibi Ölkəyə dair Saziş” təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, saziş 2023-cü il dekabrın 22-də Bakı şəhərində imzalanıb.