Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı genişlənib

Gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı genişlənib

Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı genişlənib.

Birxeber.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, siyahıya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri – gömrük xidməti general-mayoru əlavə edilib.