Departament rəhbəri: 21 xəstəyə böyrək köçürülüb

Departament rəhbəri: 21 xəstəyə böyrək köçürülüb

2023-cü ildən bu günə qədər 21 xəstəyə böyrək köçürməsi həyata keçirilib.

Birxeber.Az xəbər verir ki, bunu Dünya Böyrək gününə həsr olunmuş elmi-praktik konfransda TƏBİB-in tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli Birxeber.Az-ya açıqlamasında deyib.

Departament rəhbəri bu günə qədər icbari tibbi sığorta xidmətləri zərfi çərçivəsində aparılan orqan transplantasiyası əməliyyatlarına da toxunub.

O bildirib ki, bu günə kimi 37 orqan transplantasiyası həyata keçirilib. Onlardan 21-i böyrək transplantasiyası olub. Teymur Mirzəbəyli əlavə edib ki, hazırda 4 mindən çox aktiv dializ proseduru alan xəstə var.