Slovakiya parlamentinin sədri prezidentliyə namizəd olmaq niyyətindədir

Slovakiya parlamentinin sədri prezidentliyə namizəd olmaq niyyətindədir

Slovakiya Milli Şurasının (parlamenti) sədri, hökumət koalisiyasına daxil olan “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini yazda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə TASR məlumat yayıb.

Bildirilib ki, Pelleqrini Slovakiyanın mərkəzi hissəsində yerləşən Banska-Bistritsa şəhərinə səfəri zamanı namizədliyini irəli sürmək niyyəti barədə açıqlama verib.

Qeyd edək ki, parlamentin sədri ölkədə ən populyar siyasətçidir. İctimai sorğuların nəticələrinə görə, təxminən 5,5 milyon vətəndaşı olan ölkədə 3,5 milyon seçicinin 40 %-dən çoxu ona səs verməyə hazırdır.

Seçki yarışının birinci turu martın 23-də, ikinci tur, ehtiyac olduğu halda, aprelin 6-da keçiriləcək. Slovakiya KİV-inin qiymətləndirmələrinə görə, 48 yaşlı Pelleqrini ilk turda 50 %-dən çox səslə qələbəni təmin edə bilər.