Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib

Neftçala və Oğuza yeni polis rəisləri təyin edilib

Neftçala və Oğuz rayonlarına yeni polis rəisləri təyin edilib.

Birxeber.Az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Emil Cavadov Neftçala Rayon Polis Şöbəsinin rəisi, Nəsimi rayon Polis İdarəsinin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Fərid Fətəliyev Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.