Ekspert: "Kür çayı yun emalı tullantılarının hesabına çirkləndirilir"

Ekspert: "Kür çayı yun emalı tullantılarının hesabına çirkləndirilir"

"Yevlax Yun" ASC-nin tullantılarının Kür çayına atılması suyu xeyli çirkləndirir.

"Birxeber.Az" xəbər verir ki, bunu Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev Bakı Su Həftəsi Konfransında ("Baku Water Week Conference") bildirib.

"Yun emalı tullantılarının torpağa verilməsi daha yaxşı olar. Əks halda həm su çirklənir, həm də yetişdirilən qida məhsulları zərər görür", - deyə o qeyd edib.

F.Əliyev bu məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə layihə təqdim edəcəyini əlavə edib.