Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ili 1,922 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 5,458 milyon manat xalis zərərlə çıxmışdı.

“Report” xəbər verir ki, 2022-ci ildə Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 6,823 milyon manat (2021-ci illə müqayisədə 1,6 % çox), digər gəlirləri 7,249 milyon manat (əvvəlki il olmayıb), əməliyyat xərcləri 6,414 milyon manat (29,3 % az), inzibati xərcləri 4,507 milyon manat (53,4 % çox), mənfəət vergisi ödəmələri isə 1,229 milyon manat (7,8 dəfə çox) təşkil edib.

2023-cü il yanvarın 1-nə Agentliyin aktivləri 47,679 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,5 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 5,65 dəfə artaraq 328 min manata, balans kapitalı isə 7,9 % artaraq 47,351 milyon manata çatıb.