Mövlud Çavuşoğlu: “Azərbaycanın atəşkəs dövründə gördüyü işlər Qarabağ zəfərini təmin etdi”

Mövlud Çavuşoğlu: “Azərbaycanın atəşkəs dövründə gördüyü işlər Qarabağ zəfərini təmin etdi”

“Azərbaycanın işğaldan azad edilən ərazilərində qısa müddət ərzində hava limanlarının tikilməsini, magistral yolların çəkilməsini, kənd təsərrüfatı ilə bağlı real nəticələr verən layihələrinin həyata keçirilməsini gördüyümüz üçün azərbaycanlı qardaşlarımızla fəxr edirik”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin iclasında deyib.

Nazirin sözlərinə görə, rəsmi Ankara Tarixi İpək Yolunu canlandırmaq üçün nəqliyyat sahəsindəki investisiyalarını və diplomatik səylərini artırıb, bunun nəticəsində Türkiyəni və Türk dünyasını Şərq-Qərb axınının mərkəzinə yerləşdirib: “Azərbaycanla birlikdə Özbəkistan, Qazaxıstan və Türkmənistanla üçtərəfli formatlarımız nəzərəçarpacaq nəticələr verməkdə davam edir. Qismət olsa, sabah səhər Azərbaycan və Türkmənistanla keçirəcəyimiz üçtərəfli zirvə görüşünə hazırlıq üçün energetika və nəqliyyat nazirlərimizlə birlikdə Avazaya gedəcəyik. Müdafiə sənayesindəki uğurlarımız isə çəkindirici gücümüzü artırmaqla yanaşı, diplomatiyada bizim üçün yeni sahələr açıb”.

Atəşkəs dövründə Azərbaycanın gördüyü hazırlıqların Qarabağ zəfərini gətirdiyini vurğulayan XİN başçısı bildirib ki, Türkiyə qələbədən dərhal sonra sülh və yenidənqurma səylərinə öz dəstəyini göstərib: “Uzaqgörən siyasətlə illərdir Türk Dövlətləri Təşkilatı (TDT) üçün göstərdiyimiz səylər də öz bəhrəsini verir. Ötən ay keçirilən Səmərqənd Sammitində tarixi addımların şahidi olduq”.

“Türk Dövlətləri Təşkilatının institusional hüquqi infrastrukturu tamamlanıb və beş illik Strategiya Sənədi, həmçinin sadələşdirilmiş gömrük xətti, birləşdirilmiş yükdaşıma və ticarətin asanlaşdırılması ilə bağlı sənədlər qəbul edilib. TÜRKPA, Türksoy, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun çətiri altında toplanması qərara alınıb. Şimali Kipr Türk Respublikası tarixi bir qərarla təşkilatımıza müşahidəçi üzv kimi qəbul olunub. Milli işimizdəki bu nailiyyət iki dövlətli həll üçün səylərimizi gücləndirəcək”, - M. Çavuşoğlu söyləyib.

Xarici siyasət Xarici siyasət
Britaniyanın Baş naziri Ukraynada səfərdədir

Britaniyanın Baş naziri Ukraynada səfərdədir

Xarici siyasət Xarici siyasət
Putin: “Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü keçirməyə nail olduq”

Putin: “Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü keçirməyə nail olduq”

Xarici siyasət Xarici siyasət
Goranboyda beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparır

Goranboyda beynəlxalq arxeoloji ekspedisiya tədqiqatlar aparır

Xarici siyasət Xarici siyasət
Azərbaycanın xaricdə yeni səfirliklər açması təklif edilir - YENİLƏNİB

Azərbaycanın xaricdə yeni səfirliklər açması təklif edilir - YENİLƏNİB

Xarici siyasət Xarici siyasət
"Brüssel görüşünün təsnifatı Azərbaycanın suverenliyi məsələsinin gündəliyin əsas müzakirəsi olduğunu göstərdi" - RƏY

"Brüssel görüşünün təsnifatı Azərbaycanın suverenliyi məsələsinin gündəliyin əsas müzakirəsi olduğunu göstərdi" - RƏY

Xarici siyasət Xarici siyasət
Ali Məhkəmənin sədr müavini Belarusda olub

Ali Məhkəmənin sədr müavini Belarusda olub

Xarici siyasət Xarici siyasət
Dövlət katibinin müavini: “Finlandiya şirkətləri Azərbaycanda biznes imkanları axtarır”

Dövlət katibinin müavini: “Finlandiya şirkətləri Azərbaycanda biznes imkanları axtarır”

Xarici siyasət Xarici siyasət
Krım Tatar Məclisinin üzvü: “Qayıdışı təmin etmək üçün türk dövlətləri köç agentlikləri yaratmalıdır” - MÜSAHİBƏ

Krım Tatar Məclisinin üzvü: “Qayıdışı təmin etmək üçün türk dövlətləri köç agentlikləri yaratmalıdır” - MÜSAHİBƏ

Xarici siyasət Xarici siyasət
Prezidentin köməkçisi: "Şuşa-Laçın yolundakı etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir"

Prezidentin köməkçisi: "Şuşa-Laçın yolundakı etiraz aksiyası Azərbaycan ictimaiyyətinin haqlı narazılığının göstəricisidir"

Xarici siyasət Xarici siyasət
Ceyhun Bayramov Ermənistanın təxribatları barədə ATƏT PA-nın prezidentini məlumatlandırıb

Ceyhun Bayramov Ermənistanın təxribatları barədə ATƏT PA-nın prezidentini məlumatlandırıb

Xarici siyasət Xarici siyasət
Albaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Albaniya Prezidenti Azərbaycanın dövlət başçısına təbrik məktubu göndərib

Xarici siyasət Xarici siyasət
Bu gün "Heydər Əliyev İli" çərçivəsində Latviyada beynəlxalq konfrans keçiriləcək

Bu gün "Heydər Əliyev İli" çərçivəsində Latviyada beynəlxalq konfrans keçiriləcək