Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib

Türkiyə prezidenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Millət Məclisinin müvafiq sənədini təsdiqləyib. 3 maddədən ibarət qanun “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minib.