BMT-nin proqram rəhbəri: Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox fəaliyyət gözləyirik

BMT-nin proqram rəhbəri: Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün daha çox fəaliyyət gözləyirik

Bakıda keçiriləcək COP29-da iqlim dəyişikliyi ilə mübarizə üçün əlavə tədbirlərin görülməsi gözlənilir.

Bu barədə “Report”a açıqlamasında BMT Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru Maimunah Mohd Şərif bildirib.

“Mən 2018-ci ildən UN-HABITAT-da işləyirəm və bir çox COP-da iştirak etmişəm. Biz daha çox fəaliyyətlər görmək istərdik. Kifayət qədər danışıq, artıq çox sayda qəbul edilmiş qətnamələrimiz var, biz yerlərdə real fəaliyyətin olmasını istəyirik. Biz həmçinin aşağıdan yuxarıya idarəetmə strategiyası vasitəsilə yerli hökumətləri və cəmiyyətləri cəlb etmək istəyirik”, - o qeyd edib.

Xatırladaq ki, bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.