“Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarə qəzaya uğrayıb, ölən var - YENİLƏNİB

“Türk Ulduzları” aviasiya qrupuna daxil olan təyyarə qəzaya uğrayıb, ölən var - YENİLƏNİB

Konyada “Türk Ulduzları”na məxsus F-5 təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər həlak olub.

Birxeber.Az NTV-yə istinadən xəbər verir ki, bu barədə Konya valisi bildirib.

***

14:31

Təlim uçuşu həyata keçirən “Türk Ulduzları”na məxsus F-5 təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

Birxeber.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Konyada baş verən qəza zamanı təyyarənin pilotu paraşütlə tullanmağı bacarıb.

Qəzaya uğrayan təyyarənin "Türk Ulduzları"nın parkına düşdüyü bildirilib.

Katapult edən pilotun təcili yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilib.

Təyyarənin düşdüyü əraziyə çoxlu sayda polis, yanğınsöndürən və hərbi qruplar göndərilib.