Xacmazda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Xacmazda avtomobil ağaca çırpılıb, xəsarət alan var

Xacmaz şəhərinin mərkəzində, Nəriman Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, 21 yaşlı Cavad İsayevin idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə C.İsayev xəsarət alaraq Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.