Volkan Bozkır: Ukraynadakı vəziyyəti müzakirə edirik, amma Əfqanıstanı unutmuşuq

Volkan Bozkır: Ukraynadakı vəziyyəti müzakirə edirik, amma Əfqanıstanı unutmuşuq

Ukraynadakı vəziyyəti müzakirə edirik, amma Əfqanıstanı unutmuşuq.

"Birxeber.Az" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun l panel müzakirəsində deyib.

"Parçalanmış dünya deyəndə parçalanmaya gətirən mövzular üzərində prioritetləri müzakirə edirik. Ukraynadakı vəziyyəti müzakirə edirik, amma Əfqanıstanı unutmuşuq, Sudan, Livan, İraqdan bəhs etmirik. Dünyada narkoticarət hökm sürür. Biz elə bil ki, zəlzələ baş verən episentri nəzərə alırıq, amma sunamiləri unuduruq. Biz səbəbləri, fəsadları bilməliyik", - o vurğulayıb.