İspaniyanın keçmiş XİN rəhbəri: Bakı Forumu qlobal qarşılıqlı fəaliyyət üçün mühüm platformadır

İspaniyanın keçmiş XİN rəhbəri: Bakı Forumu qlobal qarşılıqlı fəaliyyət üçün mühüm platformadır

Bakı Forumu qlobal qarşılıqlı fəaliyyət üçün mühüm platforma və rifah üçün hərəkətverici qüvvədir.

Reportxəbər verir ki, bunu İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, daha açıq cəmiyyət yaratmaq üçün bu prosesdə siyasi cəhətdən daha fəal iştirak etmək lazımdır.

A.Palasio, həmçinin COP29-un Bakıda uğurla keçiriləcəyinə ümid etdiyini bildirib.