Qaxın Sarıbaş kəndi ilə əlaqəsi bərpa edilib

Qaxın Sarıbaş kəndi ilə əlaqəsi bərpa edilib

Qax rayonunun Sarıbaş kəndinə gedən yol texnikalarla qardan təmizlənib, gediş-gəliş bərpa olunub.

Bu barədə "Birxeber.Az"un Şimal-qərb bürosuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı Yol İstismarı MMC-dən məlumat verilib.

Bildirilib ki, rayonun dəniz səviyyəsindən 1 800 metr yüksəklikdə yerləşən kəndə qədər olan 7 km-lik məsafə qardan təmizlənib.

Qeyd edək ki, Sarıbaşa qədər olan yol dağlıq ərazidən keçdiyi üçün yolun açılmasında bəzi çətinliklər yaranmışdı. Avtomobillərin və kənd sakinlərinin rayonun mərkəzi ilə əlaqəsi kəsilmişdi.

Hazırda Sarıbaşda qarın qalınlığı 45 sm-ə çatır.