Ukrayna ordusunun Rusiya ərazisinə hücum cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Ukrayna ordusunun Rusiya ərazisinə hücum cəhdinin qarşısı alınıb - YENİLƏNİB

Ukrayna ordusu Rusiyanın Kursk vilayətinin ərazisinə hücuma cəhd edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoyt bildirib.

Qubernator qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri vilayətin Tyotkino qəsəbəsinə daxil olmağa çalışıblar, lakin hücum cəhdinin qarşısı sərhədçilər tərəfindən alınıb.