Nazir müavini: Maliyyə və bank sektoru rəqəmsallaşmada öndədir

Nazir müavini: Maliyyə və bank sektoru rəqəmsallaşmada öndədir

Rəqəmsallaşmanı öz xidmətlərində geniş şəkildə tətbiq edən sektorlar sırasında maliyyə sektoru, xüsusilə də banklar daim ön sıradadır.

Birxeber.Az-Economics”in xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" adlı tədbirdə deyib.

O bildirib ki, son illər rəqəmsallaşma gündəlik həyatımızda etdiyimiz bank əməliyyatlarının tərzini xeyli dəyişib: “Artıq bir çox əməliyyatı banka getmədən mobil cihazlarımızla reallaşdırırıq. Burada qeyd etmək vacibdirki bank sektorunda rəqəmsallaşma digər sahələrdən daha sürətli baş verir, çünki vətəndaşlar üçün maliyyə xidmətləri önəmlidir. Buna görə də, bu gün xidmətlərini rəqəmsallaşdırmaq, müştərilərinə rahatlıq təmin etmək istəyən banklar rəqəmsal imzaların inteqrasiyasına xüsusi önəm verirlər”.

“RİNN tərəfindən dəstəklənən, dövlət-özəl tərəfdaşlığı əsasında yaradılan SİMA yeni nəsil rəqəmsal imza bu transformasiyada əsas rollardan birini üzərinə götürüb. Artıq Azərbaycanda 10-a yaxın bankın xidmətlərinə inteqrasiya olunmuş SİMA İmza müştərilərə daha çevik və təhlükəsiz xidmət göstərmək imkanı yaradır. SİMA İmza-nın vətəndaşlar üçün pulsuz olması, heç yerə getmədən mobil tətbiqlə əldə olunması vətəndaşın vaxtına və xərcinə qənaət etməsinə zəmin yaradır”, - deyə o əlavə edib.