Səfir: 20 Yanvar şəhidləri Türk dünyasının qəlbində əbədi yaşayır

Səfir: 20 Yanvar şəhidləri Türk dünyasının qəlbində əbədi yaşayır

20 Yanvar qardaş Azərbaycanın matəm günüdür.

APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında deyib.

"20 Yanvar Azərbaycan üçün böyük anlam kəsb edir. Bu tarix azadlıq üçün yandırılan məşəldir. Bu gün hürriyyət, müstəqillik arzusunun başlandığı tarixdir.

İnanırıq ki, bütün şəhidlər Türk dünyasının qəlbində əbədi yaşayır və yaşayacaq", - səfir bildirib.