Azərbaycan və Portuqaliya XİN başçılarının görüşü olub

Azərbaycan və Portuqaliya XİN başçılarının görüşü olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikaya işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Joao Qomes Kravinyo ilə görüşüb.

"Report" xəbər verir ki, görüş əsnasında nazirlər Azərbaycan və Portuqaliya arasında münasibətlərin hazırkı vəziyyətini nəzərdən keçirib, ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd ediblər. Görüş zamanı, o cümlədən Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunulub.

Nazir ölkələrimiz arasında ikitərəfli münasibətlər müstəvisində iqtisadi-ticarət, investisiya əlaqələrinin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Həmçinin, enerji təhlükəsizliyi ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.

C.Bayramov həmkarına bölgədə münaqişə sonrası mövcud vəziyyət, Azərbaycanın bölgədə sülh quruculuğu istiqamətində atdığı addımlar, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verib, habelə davam edən mina təhdidlərini qarşı tərəfin diqqətinə çatdırıb.

Joao Qomes Kravinyo ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xarici siyasət Xarici siyasət
Alessandro Bianki: "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir"

Alessandro Bianki: "Azad olunan ərazilərdə dağıntıların miqyası dəhşətlidir"

Xarici siyasət Xarici siyasət
Prezident: "Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir"

Prezident: "Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir"

Xarici siyasət Xarici siyasət
Ermənistan XİN başçısı Aİ nümayəndələri ilə sərhəddə yeni mülki missiyanın yerləşdirilməsini müzakirə edib

Ermənistan XİN başçısı Aİ nümayəndələri ilə sərhəddə yeni mülki missiyanın yerləşdirilməsini müzakirə edib

Xarici siyasət Xarici siyasət
Almaniyanın Azərbaycandakı səfiri Göygölə səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Göygölə səfər edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN Hindistan XİN-ə cavab verib

Azərbaycan XİN Hindistan XİN-ə cavab verib

Xarici siyasət Xarici siyasət
Vladimir Putin: "Soçidəki görüş çox faydalı oldu"

Vladimir Putin: "Soçidəki görüş çox faydalı oldu"

Xarici siyasət Xarici siyasət
Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

Xarici siyasət Xarici siyasət
Pinhas Qoldşmit: "Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış şərait digər ölkələrə nümunədir"

Pinhas Qoldşmit: "Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün yaradılmış şərait digər ölkələrə nümunədir"

Xarici siyasət Xarici siyasət
İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

İlham Əliyev Özbəkistanın Liberal Demokratik Partiyasının İcra Komitəsinin sədrini qəbul edib

Xarici siyasət Xarici siyasət
Azərbaycan XİN səfirdən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib

Azərbaycan XİN səfirdən İran rəsmilərinin həqiqətdən uzaq bəyanat və çıxışlarına son qoymasını tələb edib

Xarici siyasət Xarici siyasət
Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub

Mehriban Əliyeva Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olub

Xarici siyasət Xarici siyasət
Vaşinqton: "Danışıqlarda hansı yanaşmadan istifadə ediləcəyinə ancaq Azərbaycan və Ermənistan qərar verməlidir"

Vaşinqton: "Danışıqlarda hansı yanaşmadan istifadə ediləcəyinə ancaq Azərbaycan və Ermənistan qərar verməlidir"