Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar

Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında mübarizəyə qoşulublar

Azərbaycan paraüzgüçüləri İtaliyanın Liqnano Sabbiadoro şəhərində keçiriləcək Dünya Seriyasında mübarizəyə qoşulublar.

“Report” xəbər verir ki, yarışa bu gün start veriləcək.

Raman Salei S12, Əli Vəliyev S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulda çıxış edəcəklər.

S2 kateqoriyasında Nurcan Rüstəmli 100 metr məsafəyə sərbəst üsulda, Könül Süleymanova 150 metr məsafəyə individual kompleks növündə yarışacaqlar.

Vəli İsrafilov isə SB12 kateqoriyasında 100 metr məsafəyə brass üsulunda mübarizə aparacaq.