Nazir müavini: "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əksər məzunları iş tapa bilir"

Nazir müavini: "Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin əksər məzunları iş tapa bilir"

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 80-85 %-i təlimləri bitirdikdən dərhal sonra iş tapa bilir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan" adlı tədbirdə deyib.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin "Technion" İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Bu mərkəz növbəti 3 il ərzində Azərbaycanda minə yaxın şəxsi kibertəhlükəsizlik təlimlərinə cəlb etməyi planlaşdırır. Mərkəzi bitirən şəxslərin dərhal iş tapması da bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac olduğunu göstərir", - deyə nazir müavini qeyd edib.