Ağdaş Rayon Mərkəzi Xəstəxanasında işləməyən adamların adına əməkhaqqı yazılması ilə bağlı cinayət işi açılıb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında işləməyən adamların adına əməkhaqqı yazılması ilə bağlı cinayət işi açılıb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuzluqlar barədə rayon prokurorluğunda araşdırma aparılıb, faktiki olaraq işləməyən adamların adına əməkhaqqı yazıldığı müəyyən olunub.

Bu barədə "Birxeber.Az"a Ağdaş Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 2018-ci ilin 1 sentyabrından 2023-cü ilin həmin ayınadək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən xəstəxananın vəzifəli şəxsləri faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əməkhaqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsində şübhəli biliniblər.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.