BMT Baş katibinin müavini: Artıq köhnəlmiş sistem dünyamızı təhlükələrdən qoruya bilmir

BMT Baş katibinin müavini: Artıq köhnəlmiş sistem dünyamızı təhlükələrdən qoruya bilmir

Artıq köhnəlmiş sistem dünyamızı təhlükələrdən qoruya bilmir.

“Birxeber.Az” xəbər verir ki, bunu BMT Baş katibinin müavini, qurumun İnsanın İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmun Çatışmazlığı Sindromu üzrə Birgə Proqramının (UNAIDS) icraçı direktoru Vinni Byanyima (Winnie Byanyima) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

O, Prezident İlham Əliyevə Qoşulmama Hərəkatına gətirdiyi canlanmaya görə təşəkkür edib, bu qurumda qadınlara böyük üstünlük verilməsini yüksək qiymətləndirib.

V.Byanyima həmçinin dünyanın üzləşdiyi təhlükədən də danışıb: "Dünyamız çoxsaylı seysmik şoklardan keçir və köhnəlmiş sistem buna cavab verə bilmir. Ona görə də planetimizi sığortalamağımız üçün dəyişiklik çox böyük olmalıdır. Artıq azad bazarlar paradiqması tükənib. Xalqlarımız arasında bərabərsizlik yüksəlir. Bu baxımdan Qlobal Bakı Forumu kimi platforma çox vacibdir”.