Türkiyənin Montrö konvensiyasına sadiqliyi nəzərə çatdırılıb

Türkiyənin Montrö konvensiyasına sadiqliyi nəzərə çatdırılıb

Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün “Montrö Boğazlar Konvensiyası”na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.

Birxeber.Az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.