BMT baş katibinin müavini: Sülh BMT nizamnaməsinin onurğa sütunudur

BMT baş katibinin müavini: Sülh BMT nizamnaməsinin onurğa sütunudur

Sülh BMT nizamnaməsinin onurğa sütunudur.

“Birxeber.Az” xəbər verir ki, bunu BMT baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel Moratinos) “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

“Ayrıseçkilik, ədavət, irqçilik bitmir. Koonfrantasiya, toqquşma və parçalanma davam edir. Multikulturalizm parçalanmış vəziyyətdədir. Şərq və Qərb arasında birgə maraqlar naminə bu problemlər aradan qaldırılmalıdır. Fundamental insan hüquqlarına gəldikdə, insanlar birgə addım atmalıdırlar”, - o əlavə edib.