Baş katib: TDT-yə üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir

Baş katib: TDT-yə üzv ölkələrin mədəniyyət sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir

“Üzv dövlətləri ortaq mədəniyyət, tarix, dil dəyərləri birləşdirir”.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ADA Universitetində keçirilən "UNESCO perspektivindən Türk dünyasının tarixi və mədəni irsinin araşdırılması və qorunması" adlı konfransda çıxışında deyib.

Baş katib Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlıqdan danışıb və əlavə edib ki, bu əməkdaşlıqdan bütün üzvlər faydalanır.

“Bu ölkələr arasında Mədəniyyət sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”, - Baş katib Ömüralıyev vurğulayıb.

O, mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə konfrans iştirakçılarına məlumat verib.