Novruz bayramı ilə əlaqədar Bakıda hazırlıq işləri aparılır

Novruz bayramı ilə əlaqədar Bakıda hazırlıq işləri aparılır

Novruz bayramı ilə əlaqədar Bakının bütün rayonlarında genişmiqyaslı hazırlıq işləri aparılır.

Birxeber.Az-nın xəbərinə görə, şəhərin əsas istirahət və gəzinti məkanları ilə yanaşı bütün rayonlardakı əsas bağlar Novruz atributları ilə xüsusi olaraq bəzədilir, prospekt və əsas küçələr boyunca işıq dirəklərinə bayram işıqlandırılmaları quraşdırılır.

Ənənəvi olaraq bayram atributları ilə bəzədilən “Azneft” meydanından əlavə Cavanşir körpüsünün yanındakı meydançada axşam saatlarında işıqlandırılan Novruz atributları qurulub.

İşlər çərçivəsində şəhərin meydan və parkları, istirahət məkanları abadlaşdırılır, burada yaşıllıqlar salınır, yeni gül və kollar əkilir.

Eyni zamanda küçə və prospektlərdə, parklarda, ictimai-iaşə obyektlərində, bir sıra binaların fasadında tərtibat işləri aparılır, Novruz atributlarının şəkilləri, müxtəlif maketlər, dekorativ bəzək elementləri, gecə işıqlandırılması quraşdırılır.

Həmçinin paytaxtın rayonlarında müvafiq hazırlıq işlərinin aparılır, layihələrə uyğun tərtibat işlərinin görülür. Eyni zamanda müxtəlif konsert proqramları da təşkil ediləcək.