Nazir Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb

Nazir Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, görüş 2024-cü ilin “İdman Paytaxtı” Qubada baş tutub.

Quba Olimpiya İdman Kompleksində təşkil olunan tədbirdə nazir son vaxtlar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışıb.

Görüşün gündəliyinə əsasən, yerli və beynəlxalq yarışların yayımı ilə bağlı “İdman TV”nin təqdimatı dinlənilib. "İdman həftəsi" çərçivəsində paytaxtda və regionlarda keçirilmiş tədbirlər barədə hesabat verilib, idman startegiyası ilə bağlı təqdimat və digər məsələlər müzakirə edilib.

Tədbirdə federasiyaların rəy və təklifləri dinlənilib, onları narahat edən məsələlər birgə müzakirəyə çıxarılıb.

Görüşdə nazirliyin müvafiq şöbələrinin müdirləri, eləcə də regional gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.