İtaliya klubunun məğlubiyyətsizlik seriyası qırılıb

İtaliya klubunun məğlubiyyətsizlik seriyası qırılıb

İtaliyanın "İnter" klubunun 2024-cü ildə qeydə alınan məğlubiyyətsizlik seriyası qırılıb.

"Report" xəbər verir ki, Milan təmsilçisi qış fasiləsindən sonra bütün turnirlər daxil olmaqla çıxdığı 13 matçın heç birində uduzmamışdı.

İtaliya klubu ilk məğlubiyyətini UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"ya qarşı keçirilən cavab matçında alıb - 1:2. "İnter" həmçinin penaltilər seriyasında rəqibinə yenilərək (2:3) Çempionlar Liqası ilə vidalaşıb. "Atletiko" 1/4 finala vəsiqə qazanan tərəf olub.

Qeyd edək ki, "İnter" UEFA Çempionlar Liqasında yeganə İtaliya təmsilçisi idi.