FTB-nin təlim mərkəzində partlayış olub, 16 nəfər xəsarət alıb

FTB-nin təlim mərkəzində partlayış olub, 16 nəfər xəsarət alıb

Kaliforniyada Federal Təhqiqatlar Bürosunun (FTB) təlim mərkəzində partlayış baaş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Hadisə nəticəsində 16 nəfər xəsarət alıb.

Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Telekanalın məlumatına görə, partlayış Orinc dairəsində istehkamçıların və xüsusi təyinatlıların birgə təlimi zamanı baş verib.

FTB baş verənlərin təfərrüatlarını araşdırır.