KİV: ABŞ ordusunu Arktikada münaqişəyə hazırlayır

KİV: ABŞ ordusunu Arktikada münaqişəyə hazırlayır

ABŞ soyuq iqlimlərdə münaqişələrə hazır olmaq üçün Arktikada üstünlüyünü artırır.

Birxeber.Az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.

Bildirilib ki, son bir neçə ildə Vaşinqton bu regiona xüsusi diqqət yetirir, həmin ərazilərdə nüfuzunu artırmaq üçün addımlar atır.

Bildirilib ki, ABŞ-nin narahatlığı Rusiya və Çinin artan hərəkətlərindən xəbər verir.

Portal qeyd edir ki, Amerika ordusu soyuq iqlim şəraitində döyüş əməliyyatlarının aparılması üçün yeni strategiya hazırlayıb və fevralda hərbçiləri Arktikanın ekstremal şəraitinə uyğunlaşdırmaq üçün irimiqyaslı təlimlər keçirib.