Bakıda köşk yanıb

Bakıda köşk yanıb

Bakı şəhərinin Binəqədi rayonunda köşk yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 2 m² olan dəmir konstruksiyalardan ibarət köşkün taxta üzlüyü, içərisindəki əşyalar, elektrik kabeli 5 p.m və ona bitişik ümumi sahəsi 6 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.