Tbilisidə yaşayış binasında partlayış olub - FOTO

Tbilisidə yaşayış binasında partlayış olub - FOTO

Tbilisinin Samtredi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib.

Birxeber.Az-nın Tbilisi müxbiri xəbər verir ki, hadisə nəticəsində binanın bir neçə mərtəbəsi zərər görüb.

Tbilisi Yanğın Xilasetmə Departamentinin rəhbəri Levan Museliani jurnalistlərə açıqlamasında ilkin ehtimala görə partlayışın qaz sızması nəticəsində baş verdiyini deyib.

İnsidentin binadakı kommersiya obyektində baş verdiyi, xəsarət alanın olmadığı qeyd olunub.

Bununla belə binanın bütün sakinləri təxliyə edilib.

Əraziyə çox sayda polis və xilasedici cəlb edilib, araşdırmalara başlanılıb.