Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb

Rusiyada Mi-8 helikopteri qəzaya uğrayıb.

Birxeber.Az xəbər verir ki, bu barədə 112 "Telegram" kanalı məlumat yayıb.

Hadisə Maqadan vilayətində baş verib.

Hazırda ölən və yaxud da yaralananların sayı müəyyənləşdirilir.

Qəzanın digər təfərrüatları barədə məlumat verilmir.

Bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin xilasediciləri fevralın 4-də qəzaya uğrayan Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopterinin qalıqlarını aşkar ediblər. Helikopter Oneqa gölünün sahilindən 11 km aralıda qəzaya uğrayıb.