İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Birxeber.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Təbii fəlakətin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Sunami təhlükəsi elan olunmayıb.