Varşavada sığınacaqların tikintisinə 30 milyon dollar ayırılıb

Varşavada sığınacaqların tikintisinə 30 milyon dollar ayırılıb

Polşada bomba sığınacaqlarının tikintisi üçün 30 milyon dollar ayırılacaq.

APA xəbər verir ki, bu barədə Varşava meri Rafal Trzaskovski baş nazirin müavini və müdafiə naziri Vladislav Kosiniyak-Kamışla keçirdiyi mətbuat konfransında bildirib.

"Mən "Varşavanın müdafiəsi" proqramını inkişaf etdirmək qərarına gəldim. Növbəti büdcə sessiyasında biz bunun üçün 117 milyon zlot (təxminən 30 milyon dollar) ayıracağıq", - Trzaskovski bildirib.

Onun sözlərinə görə, proqram sığınacaq yerlərinin təşkilini, orada su mənbələrinin yaradılmasını, həmçinin onların elektrik xətlərinə qoşulmasını nəzərdə tutur. Telekanalın məlumatına görə, Polşa paytaxtının hakimiyyət orqanları artıq sığınacaq kimi xidmət edə biləcək yerləri, o cümlədən metro və yeraltı dayanacaqları nəzərdən keçirib. Ümumilikdə Varşavada sığınacaqların tikintisi üçün 7 milyon kvadratmetr sahə var.