Avropa Parlamenti İrəvanın KTMT-dən çıxmasını təşviq edir

Avropa Parlamenti İrəvanın KTMT-dən çıxmasını təşviq edir

Xəbər verdiymiz kimi, Avropa Parlamenti (AP) Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib.

“Birxeber.Az”un məlumatına görə, parlamentarilər icra strukturlarına Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələri gücləndirməyi tövsiyə ediblər.

Avropa Parlamenti İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dayandırılmasına istinad edib.

Avropa Parlamentinin qətnamələri hüquqi qüvvəyə malik deyil və məsləhət xarakteri daşıyır, lakin Aİ-də konkret siyasi mövqelərin təşviqi və yayılması üçün istifadə olunur.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dayandırdığını bildirib. O, Minskdə keçirilən KTMT sammitində də iştirak etməyib.