Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

Polşa 50-dən çox ölkədəki səfirini dəyişir

Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox ölkədəki səfiri dəyişdirmək qərarına gəlib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə XİN-in rəsmi saytında dərc olunmuş məlumatda deyilir.

Qeyd olunub ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski 50-dən çox səfirin missiyasını dayandırmaq və nazirliyin əvvəlki rəhbərliyi tərəfindən irəli sürülən 10-a yaxın namizədi geri çağırmaq barədə qərar qəbul edib.

Bildirilib ki, kadr dəyişiklikləri ölkənin baş naziri tərəfindən təsdiqlənib və diplomatların geri çağırılması prosedurlarına başlanılıb.