Niderlandda ötən il seçkilərdə qalib olan Qert Vilders baş nazir olmaqdan imtina edib

Niderlandda ötən il seçkilərdə qalib olan Qert Vilders baş nazir olmaqdan imtina edib

Niderlandın anti-islam populist lideri Qert Vilders (Geert Vilders), partiyasının 2023-cü il seçkilərində dramatik qələbə qazanmasına baxmayaraq, baş nazir olmaqdan imtina edib.

Birxeber.Az xəbər verir ki bu barədə o "X" hesabında yazıb.

"Mən koalisiyadakı bütün partiyaların bunu dəstəklədiyi halda baş nazir ola bilərəm. Ancaq bu belə deyil", - o yazıb.

Onun Azadlıq Partiyası (PVV) keçən ilin noyarbrında keçirilən seçkilərdə ən çox səs toplayıb.

Bununla belə onun koalisiya yaratmaq üçün digər partiyaların dəstəyinə ehtiyacı var idi ancaq digər üç partiya ilə danışıqlar uğursuz olub.

Martın 12-də yekunlaşan danışıqların son raunduna rəhbərlik edən müzakirəçi hesabatını martın 14-də parlamentlə bölüşməlidir.

"Mən sağçı kabinet istərdim. Daha az sığınacaq və immiqrasiya. Ölkəmə və seçicimə olan sevgim böyükdür və mənim öz mövqeyimdən daha vacibdir. Unutmayın mən daha çox niderlandlının dəstəyi ilə Niderlandın Baş naziri ola bilərəm. Milyonlarla niderlandlının səsi eşidiləcək!” - deyə Vilders öz postunda yazıb.

60 yaşlı Vilders koalisiya hökuməti qurmaq üçün üç partiya ilə aylarla danışıqlar aparıb.

Niderlandın ictimai yayımçısı NOS telekanalının məlumatına görə, partiya liderləri bu həftə danışıqlarda təkid ediblər ki, onlar o halda koalisiyaya razı ola bilərlər ki, dörd partiya lideri də hökumətdə rol almasın.

Baş nazir postu üçün namizəd hələ məlum deyil.

Cümə axşamı parlamentdə məsələnin müzakirəsi gözlənilir.

Xatırladaq ki, lideri Vilders olan sağçı PVV partiyasının keçən ilki qələbəsi təkcə Niderlandda deyil, həm də bütün Avropada əks-səda doğurub.

Çünki bu ölkə indiki Avropa İttifaqının qurucu üzvlərindən biridir.