Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib

Ermənistan Azərbaycana 8 yeni mina xəritəsini təhvil verəcəyini vəd edib.

"Birxeber.Az" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

MTX yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə minalanmış sahələr haqqında məlumatların yer aldığı 8 yeni xəritənin veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Ermənistan tərəfindən vaxtilə işğal altında olan ərazilərdə yerləşdirilmiş minalar dinc əhali üçün təhlükə yaratmaqda davam edir.

2020-ci ildən bu yana mina qurbanlarının sayı 342 nəfər təşkil edir.