Qazaxda Gürcüstan səfirliyinə məxsus avtomobil aşıb: Xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2

Qazaxda Gürcüstan səfirliyinə məxsus avtomobil aşıb: Xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-2

Qazaxda yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar - 1955-ci il təvəllüdlü Khulordava Malkhaz və 1956-cı il təvəllüdlü Todua Yalidir.

Faktla bağlı araşdırma aparılır.

21:27

Qazax rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin əməkdaşı qəzaya düşüb.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, "Lexsus" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2 nəfər xəsarət alıb.

Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

21:02

Qazax rayonun İkinci Şıxlı kənd ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.