Çin və NATO hərbçiləri Ukraynadakı münaqişəni müzakirə ediblər

Çin və NATO hərbçiləri Ukraynadakı münaqişəni müzakirə ediblər

Çin və NATO Ukraynadakı münaqişəni, təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran məsələləri nəzərdən keçirmək üçün Pekində səkkizinci illik hərbi toplantısını keçirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.

NATO-nun Hərbi Əməkdaşlıq üzrə direktoru Daçan-Tiberiu Serbanın rəhbərlik etdiyi NATO nümayəndə heyəti Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəis müavini general-mayor Yao Tsin ilə görüşüb.

Görüş zamanı qlobal və regional təhlükəsizliklə bağlı məsələlər, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyat, eləcə də qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.