Suraxanıda birmərtəbəli ev yanıb

Suraxanıda birmərtəbəli ev yanıb

Suraxanı rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə “Birxeber.Az”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.