Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinin avtomobili aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinin avtomobili aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Qazaxda Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alnların kimliyi bilinib.

Birxeber.Az xəbər verir ki, bu barədə Qazax Rayon Mərkəzi Xəstəxandan bildirilib.

Qeyd olunub ki, bu gün saat 21:30-da Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə avtoqəza il bağlı çağırış daxil olub.

Xəsarət alan şəxslər 24.02.1955-ci il təvvəlüdlü Khulordava Malkhaz (kişi cinsi)və 29.11.1956-ci il təvvəlüdlü Todua Yalidir (qadın cinsi).

***

Saat 20:41

Qazaxda yol qəzası olub.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İkinci Şıxlı kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Məlumata görə, qəzaya uğrayan avtomobil Gürcüstanın Azərbaycandakı Səfirliyinə məxsus olub.