Bakıda təmirdə olan mərasim evində yanğın olub

Bakıda təmirdə olan mərasim evində yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 200 m² olan təmirə dayanan mərasim zalında 1 ədəd stol, 10 ədəd stul və 1 ədəd kondisioner yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Mərasim zalı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.