Gənclər və idman naziri Sumqayıt şəhəri və Qubadlı rayonunda yaşayan vətəndaşları qəbul edib

Gənclər və idman naziri Sumqayıt şəhəri və Qubadlı rayonunda yaşayan vətəndaşları qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov martın 13-də Sumqayıt şəhəri və Qubadlı rayonunda yaşayan vətəndaşları qəbul edib.

"Birxeber.Az" xəbər verir ki, qəbuldan öncə Sumqayıt şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Sumqayıt Gənclər Evində keçirilən qəbulda nazir Fərid Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.