Sabirabadda yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib

Sabirabadda yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib

Sabirabadda üç gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs Bakıya göndərilib.

“Birxeber.Az”un Aran bürosunun məlumatına görə, vəziyyəti ağır olan Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlu Bakı xəstəxanalarından birinə yerləşdirilib.

Qeyd edək ki, martın 10-da Hacıqabul-Mincivan-Bəhrəmtəpə magistralının rayonun Zalqarağac kəndi ərazisində keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə nəticəsində iki nəfər hadisə yerində ölüb, E.Mustafayev isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.