Zaxarova: Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür

Zaxarova: Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür

Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə qadir olduğuna inanmaq sadəlövhlükdür.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Fransanın elə imkanları olsaydı, Parisin müqavilə öhdəlikləri olduğu ölkələrdə onu tətbiq edərdi:

"Hansı ki, Fransa bunu etməyə məcbur idi, çünki buna görə pul alırdı. Bu Afrika qitəsidir. Fransanın bu ölkələrdəki missiyası çox uğursuz olub. Buna səbəb hansısa siyasi anlaşılmazlıq olub. Ona görə ki, Fransa öz tərəfdalarını həmin ölkələr üçün ən kritik məqamda tək qoyub, onları atıb. Həmin ölkələr Fransa mövcudiyyətini əvəz edəcək, onların təhlükəsizliyini təmin edəcək ölkə axtarmağa başlayıblar. Fransanın Saxara regionunda apardığı sülhməramlı və vasitəçilik missiyasının necə uğursuzluqla başa çatdığını unutmamağa dəyər. Bu, mənə elə gəlir ki, çox parlaq nümunədir", deyə Rusiya XİN sözçüsü vurğulayıb.