ABŞ rəsmisi İrəvanda Türkiyə-Ermənistan normallaşma prosesini müzakirə edib

ABŞ rəsmisi İrəvanda Türkiyə-Ermənistan normallaşma prosesini müzakirə edib

ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono İrəvanda Ermənistan parlament sədrinin müavini, Türkiyə ilə danışıqlar aparan nümayəndə heyətinin başçısı Ruben Rubinyanla görüşüb.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə-Ermənistan normallaşma prosesinin gedişi müzakirə olunub. Tərəflər Cənubi Qafqazda təhlükəsizliyə dair məsələlərə də toxunublar.

Məlumata görə, görüşdə ABŞ-nin İrəvandakı səfiri Kristina Kuin də iştirak edib.