Ərdoğanın mühafizə dəstəsi qəzaya düşüb, bir polis həlak olub

Ərdoğanın mühafizə dəstəsi qəzaya düşüb, bir polis həlak olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə qrupu Şırnakda yol qəzasına düşüb.

"Report" bu barədə TRT-yə istinadən xəbər verir.

Qəzada bir polis əməkdaşı həlak olub. İkisi polis olmaqla, üç nəfər yaralanıb.